Sosial şəbəkədə biz:

“Qəzanın səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil” – Peskov

26 December 2024, 17:36
Gündəm

“İstintaqın getdiyi bir vaxtda Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil. Bunu heç kim etməməlidir, Kreml də etməyəcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Hər hansı bir aviasiya hadisəsi xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalıdır. İstintaqın nəticələrindən əvvəl hər hansı bir fərziyyə qurmaq düzgün olmazdı və biz, əlbəttə ki, bunu edə bilmərik, həmçinin bunu heç kim etməməlidir”, - deyə Kreml nümayəndəsi bildirib.