Sosial şəbəkədə biz:

Təyyarə qəzasında həyatını itirən bacı-qardaşın evindən VİDEOREPORTAJ

27 December 2024, 00:25
Gündəm

Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Baş vermiş təyyarə qəzasında iki Qusar sakininin də öldüyü məlum olub.

Bizim.Media-nın əməkdaşı rayonun Suduroba kənd sakinləri, bacı-qardaş, 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin yaşadığı evdə olub.

Qəzada həyatını itirən bacı-qardaş kənddə tək yaşayırmış. Onların valideynləri də illər əvvəl dünyalarını dəyişib.

Qeyd edək ki, Qusar rayon Suduroba kənd icra nümayəndəsi Ənvər Balabəyov bacı-qardaşın ölümü barədə məlumatı qəzada həyatını itirənlərlə bağlı siyahıda öyrənib.

https://www.youtube.com/embed/0uBJRtywLPI