Sosial şəbəkədə biz:

Azərbaycanda saxlanılan futbolçuların adları açıqlandı

Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, saxlanılan futbolçular arasında qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevin adı hallanır.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Futbolçular toplantının ardından Mingəçevirdən Bakıya gətiriliblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol