Sosial şəbəkədə biz:

Aziz Yıldırım “Fənərbağça”ya qayıdır? - TƏKLİF

Türkiyənin “Fənərbağça” klubunun sabiq prezidenti Aziz Yıldırımla bağlı sürpriz iddia yayılıb.

Onun kluba qayıdacağı barədə ehtimallar gündəmə gəlib.

Belə ki, bir neçə gün öncə klubun prezidenti Ali Koç Aziz Yıldırım ilə görüşüb. Türk mətbuatında yayılan iddialara əsasən, Koç Yıldırıma kluba qayıtmağı təklif verib.

Aziz Yıldırıma futbol şöbəsinin verilməsinin gündəmdə olduğunu deyilir. Hətta vitse-prezident Acun Ilıcalı ilə bağlı da radikal qərarın verilmə ehtimalının olduğu bildirilir. 

Qeyd edək ki, Aziz Yıldırımın təklifə nə cavab verəcəyi maraqla gözlənilir. Bəzi iddialara əsasən, onun “Fənərbağça” prezidenti nə istəsə etməyə hazır olduğunu deyib. 

Təklifin qəbul ediləcəyi təqdirdə, Aziz Yıldırım ilə Ali Koç illər sonra “Fənərbağça”nı birlikdə idarə edəcəklər.

“Cebheinfo.az”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol