Sosial şəbəkədə biz:

Növbəti iki gündə qar yağacaq - XƏBƏRDARLIQ

29 December 2024, 16:30
Gündəm

Azərbaycanın şərq rayonlarında dekabrın 30-31-də (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.