Sosial şəbəkədə biz:

“Qazprom” Moldovanın qazını kəsir - 709 milyon dolarlıq borc davası

2025-ci il yanvarın 1-dən “Qazprom” “Moldovaqaz”ın borclarına görə Moldova Respublikasına qaz nəqlini dayandıracaq. Bu barədə Rusiya konserninin bəyanatında deyilir.

“Qazprom” “Moldovaqaz”ı xəbərdar edib ki, borcun ödənilməməsi mövcud müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasıdır.

“Qazprom” və “Moldovaqaz” arasında müqavilə 2021-ci ildə beş il müddətinə bağlanıb. Müqavilənin əsas şərtlərindən biri də Kişinyov tərəfindən borcun ödənilməsi olub. Rusiyanın hesablamalarına görə, borc cərimələr daxil olmaqla 709 milyon dollar təşkil edir.Ötən ilin sentyabrında Moldovanın Baş naziri Dorin Recean demişdi ki, Kişinyov cəmi 8,6 milyon dollar borcu tanıyır və Rusiyaya 709 milyon dollar ödəmək niyyətində deyil.

Bu gün “Qazprom”un bəyanatını şərh edən Recean qeyd edib ki, Moldova tərəfi hələ də borcun mövcudluğunu inkar edir.

“Moldova Rusiyadan asılılığını azaltmaq üçün təbii qaz təchizatı mənbələrini şaxələndirib”, - Recean əlavə edib. O, təfərrüatları açıqlamayıb.

“AzPolitika.info”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol