Sosial şəbəkədə biz:

Qəzada ölən Xizrinin 3 yaşlı oğlu ilə SON GÖRÜŞÜ - VİDEO

30 December 2024, 00:05
Gündəm

Təyyarə qəzasında həlak olan Zaqatala sakini Xizri Ceerovun azyaşlı oğlu ilə son görüşünün videosu yayılıb.

Bakupost.az xəbər verir ki, videoda mərhum səfərə çıxmazdan öncə namaz qılır və 3 yaşlı oğlu Səid atasını qucaqlayaraq ondan qopmaq istəmir.

Təsirli görüntülər hər kəsi göz yaşına boğub.

Qeyd edək ki, qəzada həyatını itirən 1981-ci il təvəllüdlü Xizri Ceerovun 3 övladı qalıb. Onun böyük qızı, 2008-ci il təvəllüdlü Səlihət Ceerova da atası ilə bigə qəzaya düşüb. Ağır yaralanan 18 yaşlı Səlihət hazırda Bakıda müalicə alır. Yaxınları onun iki dəfə cərrahiyə əməliyyatı keçirdiyini bildirib.

https://www.youtube.com/embed/cSqmNCTlp9k