Sosial şəbəkədə biz:

Güclü maqnit qasırğası ilə bağlı xəbərdarlıq

Yeni il ərəfəsində Yer kürəsində maqnit qasırğası baş verə bilər.

Bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş Fizikası İnstitutunun saytında bildirilir.

Məlumata görə, Günəşdə partlayışdan sonra ilk plazma buludu Yerə dekabrın 31-i səhər Bakı vaxtı ilə saat 08:30-da, ikincisi isə gündüz, Bakı vaxtı ilə saat 15 radələrində çatacaq. Bunun güclü G3 maqnit qasırğasına səbəb olacağı gözlənilir.

Qeyd olunur ki, proqnozlaşdırma üçün ümumi mənzərə çox mürəkkəbdir, çünki hazırda planetlərarası məkanda bir-birinə qismən təsir edən ən azı dörd günəş kütləsi hərəkət edir və onların son trayektoriyalarını proqnozlaşdırmaq asan deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol