Sosial şəbəkədə biz:

Türkiyə Azərbaycana investisiya qoyuluşunu 4 %-dən çox artırıb

31 December 2024, 12:19
Gündəm

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycan iqtisadiyyatına 912 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Azinforum.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur.

Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,2 % olub.

9 ay ərzində Azərbaycan isə Türkiyə iqtisadiyyatına 175,45 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,7 % təşkil edib.