Sosial şəbəkədə biz:

Bakı-Balakən sürət qatarı fəaliyyətə başlayır

01 January 2025, 01:21
Gündəm

Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verilir. Marşrut 2 yanvar 2025-ci il tarixdən etibarən  gündəlik əsasla faəliyyətə başlayacaq. 

Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.

Marşrut üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.

"Azərbaycan Dəmir Yolları" sosial şəbəkədə Bakı-Balakən marşrutu üzrə sürət qatarı ilə bağlı paylaşım edib. 

Qeyd edək ki, Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.