Sosial şəbəkədə biz:

Əhməd Şəra Suriyada xristian din xadimlərini qəbul edib

Suriyada yeni hökumətin lideri Əhməd Şəra xristian icmasının ruhaniləri ilə görüşüb.

AzVision.az xəbər verir ki, Suriyanın yeni hökuməti ölkədəki bütün etnik və dini qrupların təmsil olunduğu yeni administrasiya üçün müzakirələri davam etdirir.

Suriyanın Dövlət Xəbər Agentliyi SANA Şəranın Dəməşqdəki sarayda xristian din xadimlərindən ibarət nümayəndə heyətini qəbul etməsinin fotolarını paylaşıb.

Qeyd edək ki, Suriyada əhalinin təxminən 10 faizini xristianların təşkil etdiyi bildirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol