Sosial şəbəkədə biz:

Ağdaşda baş vermiş bədbəxt hadisənin DETALLARI - VİDEO

Ağdaşda baş vermiş bədbəxt hadisənin detalları məlum olub.

Rayonun Kamran Kərimov küçəsi, ev 20 ünvanında yaşayan 55 yaşlı Könül Cəfərova hamam otağında dəm qazından boğulub.

Qadın evdə tək olduğundan yaxınları hadisədən gec xəbər tutublar.

"Fövqəladə Hallar Nazirliyi (FHN), Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları gəldilər, otaqlara baxdılar, gördülər ki, Könül yoxdur. Hamamın qapısını açanda gördük ki, orada zəhərlənərək ölüb", - mərhumun qonşusu söyləyib.

Meyit araşdırılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:

https://www.youtube.com/embed/INf5yn8GTlA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol