Rusiyada polisə miqrantların mənzillərinə daxil olmaq hüququ verilib
Rusiyada polis əməkdaşları əcnəbilərin faktiki yaşadığı mənzillərə və digər binalara daxil olmaq hüququna malik olacaqlar.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, müvafiq normalar martın 5-dən qüvvəyə minəcək qanunda öz əksini tapıb.
Bundan əlavə, polis Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə bilər. Habelə polis deportasiya rejimində olan əcnəbinin bank hesabları üzrə pul vəsaitlərinin hərəkəti barədə banklardan məlumat ala bilər.
Məlumat üçün bildirək ki, Rusiyada martın 5-dən yeni miqrasiya rejimi qüvvəyə minir. Miqrantlar üçün müəyyən hüquq və azadlıqlar məhdudlaşdırılır.