Sosial şəbəkədə biz:

Davudoğlu sözlərinə aydınlıq gətirdi: “AKP seçicilərinə...”

02 January 2025, 11:37
Gündəm

Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə bağlı dediyi fikirlərə aydınlıq gətirib.

Siyasətçi AKP-dən heç qopmadığı sözlərinin səhv anlaşıldığını deyib.

O, "Halk TV"-də qonaq olarkən mesajının AKP seçicilərinə yönəldiyini söyləyib:

"Mən açıqlamamda sizdən qopmadım, partiya prinsiplərindən ayrıldım dedim. Bu, AKP-yə qayıtma mesajı deyildi, partiyaya dəstək verənlərə mesaj idi. Yəni əslində AKP seçicilərinə mesaj ünvanlamışdım".

Cebheinfo.az