Sosial şəbəkədə biz:

Rusiyanın 2024-cü ildəki itkiləri açıqlandı

04 January 2025, 10:21
Gündəm

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun 2024-cü il ərzində itkisi haqda məlumat yayıb.

AzVision.az xəbər verir ki, Rusiya qoşunlarının 2024-cü ildə 430 790 əsgər itirdiyi bildirilib.

Qeyd edilib ki, bu, canlı qüvvədə bərpa olunmayan və sanitar itkilərdir.

Rusiyanın texnika itkisi isə aşağıdakı kimidir:

- 3.689 tank;

- 8.956 zirehli döyüş maşını;

- 13.050 artilleriya sistemi;

- 313 MLRS və 407 HHM sistemi;

- 21.345 avtomobil.