Sosial şəbəkədə biz:

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını da istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Yalnız sorğuda iştirak edənlərin 1%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.

Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq.

Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol