Sosial şəbəkədə biz:

Aleksandar Vuçiç : "Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır"

05 January 2025, 09:53
Gündəm

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında məlumat verib.

Prezident Vuçiç bildirib ki, hazırda Serbiyadakı qaz istehlakı gündəlik 13,5-14,5 milyon kubmetr civarındadır. Eyni zamanda, Serbiya və Macarıstandakı yeraltı qaz anbarlarında ümumilikdə təxminən 430 milyon kubmetr qaz ehtiyatı mövcuddur.

Serbiya, Azərbaycan qazı ilə təchiz edilən 8-ci ölkə olub. Hal-hazırda Azərbaycan gündəlik 2,5 milyon kubmetrədək təbii qazı Serbiyaya ixrac edir.

AzVision.az