Sosial şəbəkədə biz:

Sarkisyan generallara vəzifə verdi

08 July 2016, 10:04
Gündəm
Ermənistan Silahlı Qüvvələri 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.QafqazinfoVirtualaz.org-a istinadən bildirir ki, prezident Serj Sarkisyan bu barədə müvafiq sərəncam imzalayıb. S.Sarkisyanın başqa bir sərəncamı ilə 3-cü ordu korpusunun komandiri, general-mayor Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub. Ermənistan prezidenti 4-cü ordu korpusunun komandiri, general-mayor Andranik Markaryanın da yerini dəyişib. Bundan sonra o, Ermənistan-Rusiya Birləşmiş Hərbi Qrupuna komandanlıq edəcək.