Sosial şəbəkədə biz:

“Skoç”lu avtobusla bağlı - AYNA-dan AÇIQLAMA

Sosial şəbəkədə yayılan görüntülərlə bağlı AYNA tərəfindən araşdırma aparılıb.

Azinforum.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb.

Qeyd edək ki, 91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib.

Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, sosial şəbəkədə 91 nömrəli avtobusun arxa şüşəsinin "skotç"lu olması ilə bağlı görüntülər yayılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol