Sosial şəbəkədə biz:

İdmançıların hücum etdiyi şəxs DSX mayorudur

Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.


Artıq hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 


Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, "Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol