Sosial şəbəkədə biz:

Azər Baxşəliyevin xanımından təsirli paylaşım: "Gedəcəyəm yanına..."

Vəfat edən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib.


Nigar Baxşəliyeva həyat yoldaşı ilə fotosunu "Instagram" hesabında paylaşaraq təsirli sözlər yazıb:


"Necə qucaqlayaram indicə yanımda olsa, olsa... Gözümü bağlasalar, onu mən taparam harada olsa... Gedəcəyəm yanına, könlümüz açılsın deyə. İndi küçədəyəm, gedəcəyəm. Deyəcəyəm ona mən şirin sözlər üzü gülsün deyə. Yanağından tutub öpəcəyəm".


Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib. Oxu.Az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol