Sosial şəbəkədə biz:

“Wolt”dan şikayət var: “Ümidim edirdim ki, pulumu qaytaracaqlar”

Vətəndaşlardan biri “Wolt” çatdırılma şirkətindən şikayətçidir. Müştəri çatdırılma şirkəti vasitəsilə uşaq bezi sifariş verib. Malı təhvil alanda isə ölçünün öz səhvi ucbatından düz olmadığını görüb.

“Uşağın yuxu vaxtı gəldiyi üçün sifariş etdiyim aptekə özüm yaxınlaşıb malı dəyişmək istədiyimi dedim. Aptek isə bu prosesin yalnız “Wolt” müştəri xidmətlərinə müraciət edərək mümkün olduğunu dedi. Müştəri xidmətinə yazdım, onlar aptekə zəng edib malı geri qaytarmaq üçün aptekin hesabından 5 AZN kuryer pulu çıxılacağını dedilər. Səbəb isə kuryerin təyin olunması və gəlib mənim evimdən malı təhvil götürüb aptekə qaytarması göstərildi. Halbuki bu prosesi özüm etmişdim. Aptekdə işləyən satıcı da haqlı olaraq etirazını bildirdi və razılaşmadı”.

Müştəri deyirki, tələsdiyi üçün yeni pampersin tam ödənişini edib köhnəni aptekə qoyub. “Ümidim edirdim ki, “Wolt” mənim pulumu qaytaracaq. İndi isə müştəri xidməti mənə yazır ki, bu bizlik deyil, sizinlə aptek arasında olan məsələdir. Aptek isə pulu yalnız “Wolt”un qaytara biləcəyini deyir”.

Azpost.info


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol