Sosial şəbəkədə biz:

Ferdi Tayfurun ölüm yatağındakı son istəyi ürək sızlatdı

Mərhum müğənni Ferdi Tayfurun son istəyinin nə olduğu açıqlanıb.

Bu barədə Türkiyə KİV-ə sənətçinin yaxın dostu Kenan Çınar bildirib.

Onun sözlərinə görə, Ferdi son anlarında küsülü olduğu qızı Tuğçe ilə barışmaq istədiyini bildirib.

Xatırladaq ki, Ferdi Tayfur yanvarın 2-də Antalyada müalicə aldığı xəstəxanada vəfat edib. Onun ailəsinə və yaxınlarına xeyli daşınmaz əmlakı miras qalıb.

Sənətçi 79 yaşında idi. Onun "Çeşme", "Hatıran yeter", "Emmioğlu", "Bana sor", "Ben de özledim" kimi mahnıları populyardır. (baku.ws)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol