Sosial şəbəkədə biz:

“Kids Academy by British School” bağçası uşaqların həyatını TƏHLÜKƏYƏ ATIR - VİDEO

“Kids Academy by British School” bağçasının Nəsimi filialı ilə bağlı şikayət var.

Bu barədə Sfera.az-a vətəndaşlardan biri məlumat verib.

O qeyd edib ki, bağçanın meydançası uyğun olmayan yerdə salınıb.

“Bağça meydanının yerləşdiyi ərazidə dəmiryolunun mühafizə xətti, yüksək gərginlikli elektrik naqilləri var. Düz elektrik naqillərinin altında uşaqlar üçün meydança, “besedka” quraşdırılıb. Eyni zamanda meydançanın ətrafı da gigiyenik şəraitə uyğun deyil”, - şikayətçi bildirib.

Vətəndaşın paylaşdığı görüntülərdə bağça ərazisinin ətrafında Nəsimi 45 MMC, Xətai prospekti 38 ünvanın yerləşən çoxmənzilli binaya məxsus zibil qutularının olduğu görünür:

“Hansı ki, onlar camaata xidmət göstərdiklərini deyirlər. Amma zibillik də pis vəziyyətdədir. Bəlkə bir həftədir, nə zibil aparılır, nə də digər işlər görülür. Maraqlıdır ki, bağçaya pul ödəyən valideynlərə bu vəziyyət necə xoş gəlir”.

https://www.youtube.com/embed/E0QtFEu6Qnc


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol