Sosial şəbəkədə biz:

Son aylarda Fransadan siqnallar alırdıq - PREZİDENT

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub.

Azinforum.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

“Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.

Prezident bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşanın daxil olduğunu diqqətə çatdırıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol