Sosial şəbəkədə biz:

Bu avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək - VİDEO

Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək. Bu yenilik həmin avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.

Son zamanlar xaricdən avtomobil alanların sayı kifayət qədər artıb. Buna səbəb isə nəqliyyat vasitəsinin yerli bazardakı qiyməti ilə müqayisədə bir az ucuz başa gəlməsidir.

Gətirilən avtomobillərə görə qanunvericiliyə əsasən müxtəlif ödənişlər tələb olunur. İdxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı, vəsiqə haqqı, gömrük yığımları və s. Bu isə bəzi avtomobillərin xüsusilə də mühərrik həcmi 2000 kubsantimetrdən çox olanların gömrük rüsumunun çox olmasına səbəb olur.

İqtisadçı Xalid Kərimli deyir ki, rüsumların belə hesablanması hər hansı sosial problem yaratmır.

Onun sözlərinə görə, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim edilməklə gətirilən avtomobillərə rüsum tətbiq edilmir.

Bundan başqa, son illər ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Daha ətraflı videomaterialı təqdim edirik.

https://www.youtube.com/watch?v=EqRbnIqESY0


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol