Sosial şəbəkədə biz:

Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı

Dünyanın ən çox oxunan və tanınan biznes jurnallarından biri olan “Forbes”, Azərbaycanda texnoloji yeniliklərlə bağlı araşdırmasında Veysəloğlu Şirkətlər Qrupunun təcrübəsinə müraciət edib. Bu çərçivədə jurnal, “Veysəloğlu”nun tanınmış beynəlxalq brendlərlə əməkdaşlığına və tətbiq etdiyi texnoloji yeniliklərə geniş yer ayırıb.

Məqalənin girişində qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda aparıcı işəgötürənlərdən biridir:

“Şirkətlər Qrupu bazara daim beynəlxalq təcrübələri, yeni məhsul və markaları təqdim etməyə üstünlük verir. Dünyaca məşhur Rossmann, SPAR və Entree ilə əməkdaşlıq bu qəbildəndir”.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, “Forbes” jurnalına verdiyi eksklüziv müsahibəsində Şirkətlər Qrupuna aid olan “Araz”-ın SPAR şəbəkəsini françayzinq hüququ ilə idarə edərək yerli sahibkarlar üçün yeni biznes imkanları yaratdığını izah edib:

“Azərbaycanda SPAR brendi ilə mağaza açmaq istəyən sahibkarlara, biznes planının hazırlanmasından mağazanın açılışına kimi bütün mərhələlərdə təcrübəli Araz mütəxəssisləri tərəfindən dəstək göstərilir. Eyni zamanda, müxtəlif müstəqil yerli sahibkarlara məxsus pərakəndə mağazalar SPAR beynəlxalq standartlarından və Araz təcrübəsindən yararlanaraq məhsulları daha münasib qiymətə və sərfəli şərtlərlə təqdim edə bilərlər”.

Məqalədə qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu biznes peşəkarlığının artırılmasına, rəqabətədavamlı faydalar yaratmağa və insan resurslarını saxlamaq üçün müsbət iş yeri mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirir.

Aydın Talıbov vurğulayıb ki, müasir tələblərə cavab vermək üçün Veysəloğlu Şirkətlər Qrupu bir sıra ERP həlləri tətbiq edib. Bu istiqamətdə əsas diqqət SAP layihələrinə yönəldilib:

“Qrupa məxsus SAP portfelinə satış, satınalma, maliyyə, logistika, insan resursları, anbar idarəetməsi və pərakəndə həlləri kimi 30-dan çox modul daxildir. Bundan əlavə, SAP F&R (Proqnozlaşdırma və Doldurma) tətbiqi inventar idarəetməsini təkmilləşdirib, mağazalarda optimallaşdırılmış doldurma proseslərini və pərakəndə biznes üçün ümumi təchizat zəncirinin səmərəliliyini artırıb. SAP aATP-dən istifadə etməklə Veysəloğlu Şirkətlər Qrupu real vaxt rejimində əlçatanlığa nail olub, tələbin daha dəqiq proqnozlaşdırılmasına və anbarın səmərəli doldurulmasına imkan verib. Bu da optimal ehtiyat səviyyələrini təmin edir və əməliyyat xərclərini azaldır. Nəticədə, SAP həlləri tətbiq olunan bütün biznes sahələrimizdə proseslər avtomatlaşdırılıb”.

Azinforum.az

Bir bunu deyən yazı "Forbes SPAR and ocal individual entrepreneurs, stated Aydın Talbov, founder and CEO ofVeyseloglu an exelusive interview with SAP Voice on Forbes. He went explain how Araz creates new business opportunities for local entrepreneurs having right to franchise the SPAR network. o araz 登甜 ISPAR® (O6A) veyseloglu Group Companies VEYSELOGLU GROUP Co COMPANIES open store under Azerbaijan, entrepreneurs who want the SPAR brand supported experience Araz specialistsa ta stages, from gxililllett the preparation ofa business ถใจปรปสากสน่นานดสานปก้าราน VEYSALOĞLU SIRKAILARQRUPU SIRKaIL QRUPL" şəkili ola bilər


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol