Sosial şəbəkədə biz:

Vüqar Həşimovun partlayışda yaralanan atası dünyasını dəyişdi

09 January 2025, 00:21
Gündəm

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.