Sosial şəbəkədə biz:

Ərdoğan : "Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır"

"Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.

Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.

Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.

Tərəflər, ikitərəfli məsələlər barədə də danışıblar. Türkiyə lideri qarşılıqlı ticarət həcminin arta biləcəyinə inamını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol