Sosial şəbəkədə biz:

Sabiq deputat borc əvəzinə əmlakını təhvil verib - FOTO

VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur “Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.

Bu barədə "gununsesi.info"-ya iş adamına yaxın mənbələr bildirib.

Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadəni külli miqdarda borc içində olduğunu yazmışdı.

Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.

Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol