Sosial şəbəkədə biz:

SOCAR Türkiyədə iki şirkətini satdı - ADLAR

SOCAR Türkiyədə sahib olduğu “Bursagaz” və “Kayserigaz” qaz paylayıcı şirkətlərinin “Aksa Doğalgaz”a satışını tamamlayıb.

“Bursagaz” və “Kayserigaz”ın satış prosesi tamamlandıqdan sonra həmin şirkətlər “Aksa Doğalgaz” "çətiri" altında xidmət göstərəcək.

Xatırladaq ki, SOCAR “Bursagaz” və “Kayserigaz”ı 2019-cu ildə almışdı. İki şirkət ümumilikdə 2 milyon abonentə təbii qaz paylama xidməti göstərir. Bu şirkətlərdən “Bursagaz” təxminən 1,2 milyon abunəçisi və 7000 kilometrdən çox qaz kəmərləri şəbəkəsi ilə Türkiyənin 4-cü ən böyük təbii qaz paylama şirkətidir. “Kayserigaz”ın isə kəmərlərinin uzunluğu 7 min kilometrdir və 700 min abunəçisi var.

“SOCAR Türkiye”nin icraçı direktoru Elçin İbadov bu satışla bağlı bildirib ki, təmsil etdiyi şitkət satış qərarını uzunmüddətli strateji hədəfləri istiqamətində qiymətləndirib:

“Bu günə qədər etdiyimiz təxminən 18,5 milyard dollar sərmayə ilə Türkiyənin ən böyük birbaşa xarici sərmayədarıyıq və bu strateji əhəmiyyətli investisiyalarla uzun illər Türkiyədə dəyər yaratmağa davam edəcəyik. Bir müddət əvvəl ictimaiyyətlə paylaşdığımız kimi, əsas işlərimizdən biri olan neft-kimya sektoruna diqqət yetirərək bu sahəyə əhəmiyyətli bir sərmayə qoymaq üçün mühəndislik işlərinə başladıq”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol