Sosial şəbəkədə biz:

Ən güclü orduların yeni reytinqi | SİYAHI

“Global Firepower” hərbi araşdırmalar mərkəzi 2025-ci il üçün dünyanın ən güclü ordularının reytinqini (Military Strength Ranking) açıqlayıb.

Araşdırmada 145 ölkənin silahlı qüvvələri 60 fərqli parametr üzrə dəyərləndirilərək, hər birinə ayrıca Güc İndeksi müəyyən edilir.

İlk 3 yerdə ABŞ, Rusiya, Çin gəlirlər. Maraqlıdır ki, Rusiya ilə Çinin Güc İndeksləri eynidir (0.0788). Türkiyə 9-cu yerdədir. Rusiya ilə müharibə aparan Ukrayna 20-ci yerdə qərarlaşıb.

Azərbaycan siyahıda 60-cı yerdədir. Ermənistan bizdən 31 pillə geridə qərarlaşıb (91).

Maraq doğuran digər ölkələrin reytinqi belə sıralanıb:

İsrail – 15;
İran - 16;
Ukrayna - 20;
Qazaxıstan – 57;
Özbəkistan – 58;
Azərbaycan - 60;
Ermənistan - 61;

Türkmənistan -77;
Gürcüstan - 94;
Qırğıızıstan - 105.

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol