Sosial şəbəkədə biz:

Avadanlıqların təmiz saxlanmadığı çörək sexi bağlandı – Fotolar

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qazax rayonu, N.Nərimanov qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Nuriyev Etibar Əhməd oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yeniavaz.com qurumun yaydığı məlumata istinadla xəbər verir ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb.
“Belə ki, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ tələblərə uyğun olmadığı, müəssisədə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlığın təmiz saxlanmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin müvafiq sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb”. – məlumatda deyilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol