Sosial şəbəkədə biz:

Məşhur iş adamının şirkəti məhkəməyə verildi

"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.

İddiaçı Vüqar Yusif oğlu Abbasovdur. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Vüqar Abbasovun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 11-ə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.

Bir müddət əvvəl "A.M.A.Y. Holding" şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən vergi borcuna görə məhkəməyə verilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkətin 20 842.09 manat vergi borcu yaranıb.

"A.M.A.Y. Holding" 2005-ci ildə qeydiyyata alınsa da, 1990-cı illərin əvvəllərindən faəliyyət göstərir.

Abdulla Abdullayevin Azərbaycanda tanınması məhz bu şirkətin fəaliyyəti ilə bağlı olub.

O, 2015-ci ilə kimi ölkənin ən uğurlu iş adamlarından biri kimi tanınıb. Həmin il isə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-sitifadə ittihamı ilə həbs edilib. Məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən Abdulla Abdullayev 2016-cı ildə azadlığa çıxıb. Qaynarinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol