Sosial şəbəkədə biz:

Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək? - AÇIQLAMA

Türkiyədə AK Partiyanın növbəti konqresi ərəfəsində kabinet dəyişikliyi ilə bağlı müzakirələr genişlənməkdədir.

Xüsusilə Meral Akşenerin adının Prezident Köməkçisi vəzifəsinə namizəd kimi hallanması böyük müzakirələrə səbəb olub.

Türkiyə mətbuatında yer alan məlumatlara görə, Prezident Köməkçisi vəzifələrinin ikiyə çıxarılması planlaşdırılır və bu vəzifələrdən birinin keçmiş İYİ Partiyanın sədri Meral Akşenerə həvalə ediləcəyi iddia olunur. Bununla yanaşı, kabinetdə ən azı 5-6 nazirin dəyişdiriləcəyi də bildirilir.

İYİ Partiya təkzib etdi

Meral Akşenerin Prezident Köməkçisi olacağı barədə iddialara İYİ Partiyadan dərhal reaksiya gəlib. İYİ Partiyaya yaxın mənbələr bu xəbərləri qətiyyətlə təkzib edərək, yayılan məlumatları “əsassız” adlandırıb.

AKP-nin 23 fevral 2025-ci ildə keçiriləcək növbəti konqresi çərçivəsində, xüsusilə iqtisadiyyat və xarici siyasət sahələrində yeni adların vəzifəyə gətirilməsi gözlənilir. Kabinet dəyişikliyinin detalları yaxın həftələrdə aydınlaşacaq. 

Mənbə: https://www.cumhuriyet.com.tr/turkiye/kabine-iddiasi-aksener-cephesinde-aciklama-2288902

Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol