Sosial şəbəkədə biz:

Bakıda bu ünvanlarda kompensasiya söküntü işlərindən əvvəl veriləcək - VİDEO

16 January 2025, 09:02
Gündəm

Bakıda yerləşən Keşlə bazarının yaxınlığlındakı evlərin sökülməsi nəzərdə tutulub. Bazara yaxın yerləşən bəzi evlərin sahibləri bildiriblər ki, ərazidə ölçü işləri aparılıb. Amma sakinlərə konkret olaraq bununla bağlı hansısa məlumat verilməyib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, yeni layihənin rəhbəri Avtomobil Yolları Dövlət Agentliyidir.

Agentlikdən "Xəzər Xəbər"ə verilən məlumatda isə bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən söküntü işlərindən əvvəl həyata keçiriləcək.

https://www.youtube.com/embed/R_uKI8WEdCQ