Sosial şəbəkədə biz:

DSX mayoruna hücum edən idmançıların şikayəti təmin olunmadı

17 January 2025, 16:24
Gündəm

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumla bağlı həbs edilən kikboksçular barələrindəki qərardan narazıdırlar.

Onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi həbs qərarının ləğv edilməsini istəyib.

Hakim etirazı əsaslı hesab etməyib. Xuliqanlıqda ittiham edilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun həbsinin davamına qərar verilib.

Qeyd edək ki, idmançılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.