Sosial şəbəkədə biz:

Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib.

Belə ki, Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb.

Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.

Kollecdən saytımıza bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Qeyd edək ki, Məhbubə Məmmədova 2018-ci ilin yanvar ayında 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunaraq, Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu. Qaynarinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol