Sosial şəbəkədə biz:

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Azərbaycanda Aliment Fondunun yaradılması yubanır. Bununla bağlı bir neçə ildir ki, müzakirə aparılsa da, hələ də yekun qərar yoxdur.

Zaman-zaman alimentin mütəmadi olaraq ödənilməsi prosesində yaranan problemlər fondun yaradılmasının önəmini daha da artırır. Bəs proses hansı mərhələdədir?

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, hazırda Aliment Fondunun yaradılması və bununla əlaqədar digər məsələlərin təşkili üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qurumlararası işçi qrupu formalaşdırılmaqdadır.

Komitədən isə prosesə aidiyyəti qurumun Ədliyyə Nazirliyi olduğu qeyd edildi. 

Bəs Aliment Fondu yaradılarsa, hansı problemlər aradan qalxa bilər?

Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə - aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür.

https://www.youtube.com/embed/w3EEzAnGOkE


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol