Sosial şəbəkədə biz:

DEPUTAT: "Qəzadan hansısa siyasi məqsədlər üçün istifadə etmək qəbuledilməzdir"

"Heç bir ölkə avtoqəzalardan sığortalanmayıb. O üzdən, İmişlidə baş verən qəzadan hansısa siyasi məqsədlər üçün istifadə etmək qəbuledilməzdir".

Bunu Azinforum.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib.

Millət vəkilinin sözlərinə görə, kimin bu hadisəni törətməsindən asılı olmayaraq qanunvericiliyə uyğun olaraq baş verən hadisə araşdırılmalıdır: "Bununla əlaqədar cinayət işi açılıbdır və günahkar qanuna uyğin cəzalandırılacaqlar. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaxınlarına səbir diləyirik. Biz nəzərə almalıyıq ki, Azərbaycanın Qarabağ Zəfərini, ölkədəki sabitliyi həzm edə bilməyən dairələr var. Xüsusən də bəzi xarici dairələr, ölkəmizi sevməyən qüvvələr maraqlıdılar ki, Azərbaycanın əldə etdiyi uğurlara kölgə düşsün. Ölkədə sabitlik pozulsun və daha sonra onlar bundan öz çirkin məqsədləri üçün istifadə etsinlər. Ona görə də bu kimi hallara qəti olaraq yol vermək olmaz. Ölkəmizin inkişafı və təhlükəsizliyimiz üçün ölkəmizdə sabitlik qorunmalıdır. Bu kimi avtoqəzalardan polis, hüquq mühafizə, yerli idarəetmə orqanlarına qarşı istifadə hallarına yol verilə bilməz".

VİDADİ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol