Sosial şəbəkədə biz:

Tramp ABŞ tarixində "ən böyük deportasiya"nı elan etdi

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tezliklə ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacağına söz verib.

O, bu barədə Vaşinqtondakı "Capital One" idman arenasında tərəfdarları qarşısındakı mitinqində çıxışı zamanı deyib.

"Çox yaxında biz ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacağıq. Hətta hazırda rekorda sahib olan prezident Duayt Eyzenhauerin etdiyindən də böyük həcmdə", - deyə Tramp bildirib.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi bu gün, yanvarın 20-də baş tutacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol