Sosial şəbəkədə biz:

Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır

21 January 2025, 00:42
Gündəm

“Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Putin əlavə edib ki, burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır: “Biz bu barədə dəfələrlə danışmışıq. Ən vacib olanı böhranın köklü səbəblərini aradan qaldırmaqdır".