Sosial şəbəkədə biz:

AMİP sədri qardaş ölkəyə başsağlığı verib

Qardaş Türkiyə Cümhuriyyətinin Bolu şəhərində Kartalkaya xizək mərkəzində hoteldə baş vermiş yanğında çoxsaylı insan təlafatının və xəsarət alanların olması xəbəri bizi çox üzdü. Belə bir gündə qardaş ölkənin yanında olduğumuzu bildirir və  kədərinizi bölüşürük.

Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından  dərin hüznlə başsağlığı verir və səbr diləyir, yanğında həyatını itirən insanlara Uca Tanrıdan rəhmət, yaralılara şəfalar diləyirik!

Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır!

Tanrı Türkiyəmizi qorusun!

Arzuxan Əlizadə

Millət Vəkili,

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol