Sosial şəbəkədə biz:

"Qarabağ"a Juninyonun əvəzinə o gəlir

“Beroe”nin hücumçusu Leandro Qodoyla maraqlanan Azərbaycan klubunun adı məlum olub.

Sportinfo.az xəbər verir ki, Bolqarıstanda çıxış edən argentinalı “Qarabağ“ın transfer siyahısında yer alıb.

Ağdam təmsilçisi 5 milyon avro qarşılığında “Flamenqo“ya satdığı Olavio Juninyonun yerinə məhz onu hədəfinə alıb.

Hazırda tərəflər arasında danışıqlar sürətlə davam etməkdədir.

23 yaşlı forvardın xidmətində Rusiyadan “Lokomotiv” və Bolqarıstandan SSKA da maraqlıdır.

“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi söylənilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

Mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısı yüksək liqada).

Argentinalı "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol