Sosial şəbəkədə biz:

Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb, daha 20-i xəsarət alıb

Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb, daha 20-i xəsarət alıb...

Bunu Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, ötən il Naxçıvan Muxtar Respublikasında 29 ağır yol-nəqliyyat hadisəsi baş verib.

2023-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 37 fakt, həyatını itirənlərin sayında 9 fakt, yaralıların sayında isə 54 fakt azalma olub.

Qeyd edək ki, 2023-cü ildə muxtar respublika ərazisində 66 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 30 nəfər həyatını itirib, 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol