Sosial şəbəkədə biz:

Zahid Orucdan anons: Yeni Kostitusiya qəbul ediləcək

“Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələrin təşkil ediləcək.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, "Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var:

“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”. APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol