Sosial şəbəkədə biz:

Özbəkistanda həbs olunan Şəmsi Səmədzadə azad edilib

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı  Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.

Saytın əməkdaşı ilə telefon söhbətində Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.

“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol