Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov xanım generalın ən yaxın adamını işdən çıxardı

24 January 2025, 00:12
Gündəm

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütbəlilərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

"Qaynarinfo" xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.

Məlumata görə, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlanmasına çalışsa da, bu baş tutmayıb.