Sosial şəbəkədə biz:

Universitet vergilərini vaxtında ödəməyib

Azərbaycan Tibb Universiteti (VÖEN – 1400457111) və bu universitetin Tədris Cərrahiyyə Klinikasının (VÖEN – 1402715001) dövlət büdcəsinə ümumilikdə 27 min 803 manat 30 qəpik vergi borcu var.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Tibb Universitetinin 21 min 903,86 manat, Tədris Cərrahiyyə Klinikasının isə 5 min 899,44 manat vergi borcu yaranıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinə professor Gəray Gəraybəyli, Tədris Cərrahiyyə Klinikasına isə dosent Əsədulla Sultanov rəbərlik edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol