Sosial şəbəkədə biz:

Gömrükçülər oktyabrdan bəri maaş ala BİLMİR

Dövlət Gömrük Komitəsinin əməkdaşları bir neçə aydır əməkhaqqı ala bilmir.
Bu barədə “Qafqazinfo”ya həmin qurumda çalışan şəxslər müraciət ediblər.
“Onların sözlərinə görə, oktyabr ayından bəri komitədə işçilərə məvacib verilmir. Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlər, buna görə haqlı olaraq narazılıq edənlər az deyil. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var.
Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini, artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər”, - mətbuat orqanı yazır.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı ünvanlanan sorğulara cavab verməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol